Azərbaycanın daha 2 boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb.
Prosport.Az xəbər verir ki, mundialın 2-ci günündə Avropa çempionu Sübhan Mamedov (48 kq) debütdə Coy Kanoyla (Filippin) qarşılaşıb.
Boksçumuz 3-cü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda ilk mərhələdən azad olan Mehron Şafiyevlə (Tacikistan) döyüşəcək.
Zaur Qəhrəmanov (67 kq) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçu 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.
Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.
