"Ağır oyun olacağını gözləyirdik. Bu matça yaxşı hazırlaşmışdıq".
Prosport.Az xəbər verir ki, bu sözləri NTD-nin baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının VIII turunda "Abşeron Layns"la oyundan sonra deyib.
Mütəxəssis 87:102 hesablı məğlubiyyəti şərh edib: "Təəssüf ki, yeni transferimiz Tay Kokfild bu oyunu buraxırdı. Onun anası vəfat etdiyinə görə bu gün bizimlə deyildi. Matça Kokfildlə birlikdə hazırlaşmışdıq və müxtəlif kombinasiyaları onun iştirakı ilə çalışmışdıq. Onunla, əlbəttə ki, daha asan olardı. Amma vəziyyət belə alındı".
Mübarizə apardıq, lakin 2 oyunçumuz 5 cərimə alaraq, meydanı tərk etdi. Təəssüf ki, hələ də tam heyətlə oynaya bilmirik. Qarşıda bizi “Şəki” ilə oyun gözləyir. Matça ciddi şəkildə hazırlaşacağıq. Çempionatda ilk qələbəmizi qazanmaq istəyirik”.
