Azərbaycan Basketbol Liqasının VIII turunda 1 qarşılaşma baş tutub.
Prosport.az xəbər verir ki, A qrupunda "Abşeron Layns" NTD ilə üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma "Abşeron Layns"ın 102:87 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun ötən gün baş tutan matçlarında"Sərhədçi" "Ordu"nu 100:64, "Gəncə" "Neftçi"ni 80:73 hesabı ilə məğlub edib.
