Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    Azərbaycan klubunun legioneri: "Yeganə çətinlik dil baryeridir" - MÜSAHİBƏ
    27.11.2025 12:33:49

    NTD komandasının basketbolçusu Kobi Montqomeri klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    - Liqada hazırda fasilə yaranıb və komandalar üçün dincəlmək, növbəti oyunlara hazırlaşmaq üçün fürsət yaranıb. Hazırlıq necə gedir və komandadakı əhval-ruhiyyə necədir?

    - Növbəti oyunlara hazırlıq yaxşı gedir. Bizə həm fiziki, həm də mental olaraq toparlanmaq üçün imkan yarandı. Matçlara tam hazır olmalıyıq.

    - NTD mövsümə yaxşı şəkildə başlamadı və ilk 7 oyunda məğlub oldu. Bunun əsas səbəblərini nədə görürsünüz?

    - Mən günahı konkret kiminsə üzərinə ata bilmərəm. Məncə, bu liqada böyük komandaya çevrilmək potensialımız var. Amma eyni zamanda çempionatın ən gənc komandasıyıq. Və təcrübəli oyunçularla dolu bir liqada bu, işləri çətinləşdirir. Yenə də vəziyyəti dəyişə biləcəyimizə inanıram.

    - Mövsümün əvvəlindən bəri heyətdə kifayət qədər dəyişiklik oldu. Sizcə, yeni oyunçular komandaya nə qədər güc qata bilər?

    - Heyətə qoşulan yeni oyunçular bizə çox kömək edib. Lakin bu yolda da çətinliklər var, çünki hər kəs yeni rollara uyğunlaşmalıdır. Əgər hamımız qələbə mentalitetinə sahib olsaq, bu, mütləq bizim xeyrimizə işləyəcək.

    - Azərbaycan Basketbol Liqasının səviyyəsini necə qiymətləndirirsiniz?

    - Deyərdim ki, liqada çox yüksək səviyyədə basketbol oynanılır. Çempionat çox rəqabətlidir. Bu, mənim peşəkar basketbolda ilk ilim olduğundan nə gözləyəcəyimi tam bilmirdim. Amma mənim üçün belə təcrübə toplamaq çox müsbətdir.

    - Ümumilikdə, Azərbaycana artıq öyrəşə bilmisiniz?

    - Azərbaycanda yaşamaq gözəldir. Mən daha çox evdə olmağı sevən biriyəm, ona görə də ölkəni tam hiss etmək üçün çox gəzə bilməmişəm. Amma heç bir problemim də olmayıb. Mənim üçün çətin olan yeganə şey dil baryeridir.

    Top oyunları

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Basketbol

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Basketbol

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Basketbol

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved