Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci il Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxıb.
Prosport.Az xəbər verir ki, A qrupunda yer alan yığma səfərdə Şimali Makedoniya komandası ilə qarşılaşıb.
Skopyedə təşkil olunan görüş rəqibin 87:49 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupda 2-ci oyununu noyabrın 30-da Bakıda Lüksemburqa qarşı keçirəcək.
10:03
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa bu gün çıxacaq.
Prosport.Az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Şimali Makedoniya ilə üz-üzə gələcək.
Skopyedə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, yığma noyabrın 30-da Bakıda Lüksemburqu qəbul edəcək.
