Azərbaycanın kişilərdən ibarət millisinin meneceri Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən ilk dəfə beynəlxalq matça təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, qadın voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final mərhələsinin oyununda iştirak edəcək.
Azərbaycan millisinin sabiq üzvü noyabrın 27-də İstanbulda keçiriləcək "THY İstanbul" – "Avarca Menorca" (İspaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.
