Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Rəqib heç də zəif deyildi, üstəlik, öz meydanında oynayırdı" - Elxan Abdullayev
    20.11.2025 15:17:47

    Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Elxan Abdullayev Avropa çempionatının Maltada keçirilən seçmə mərhələ oyunları ilə bağlı fikirlərini bildirib.

    Prosport.Az xəbər verir ki, AFFA-nın rəsmi saytına danışan mütəxəssis 13-cü qrupdakı ilk görüşdə Çexiyaya böyükhesablı məğlubiyyəti (1:6) rəqibin gücü və qırmızı vərəqə ilə əlaqələndirib: “Təəssüf ki, qrupdan çıxa bilmədik. Ancaq bunun da müəyyən səbəbləri var. Üç fərqli oyun keçirdik. Hələ turnirdən əvvəl qrupun favoriti Çexiya yığması hesab olunurdu. Onlar, həqiqətən də yüksək səviyyədə çıxış etdiklərini göstərdilər. İlk matçı çexlərə qarşı keçirdik. Rəqib onsuz da güclü idi. Üstəlik, Hikmət Cəbrayılzadənin 75-ci dəqiqədə qırmızı vərəqə alması işimizi daha da çətinləşdirdi. Azlıqda qaldıqdan sonra 3 qol buraxdıq. Hikmət aparıcı futbolçularımızdan biridir. Onun sonrakı iki görüşü buraxmasının da oyunumuza böyük təsiri oldu”.

    E.Abdullayev Şimali İrlandiya (0:1) və Malta (2:1) ilə qarşılaşmaları da dəyərləndirib: “İkinci matçda Şimali İrlandiyaya məğlub olsaq da, onlarla başabaş mübarizə apardıq. Komandamız yaxşı oynadı, qol şansları yaratdı. Təəssüf ki, dəyərləndirə bilmədik. Maltaya qarşı son görüşü futbolçular yaxşı keçirdilər. Rəqib heç də zəif deyildi, üstəlik, öz meydanında oynayırdı. Bizim komandamızda isə yorğunluq var idi. Eyni zamanda ilk iki matçda məğlub olduğumuz üçün futbolçuların motivasiyası aşağı idi. Buna baxmayaraq, hətta hesabda geri düşdüyümüz halda özümüzdə güc tapdıq və qələbə qazandıq”.

    O, komandanın ümumi çıxışından razı qaldığını deyib: “Ümumilikdə nəticədən olmasa da, komandanın çıxışından razı qaldım. Çünki futbolçular xarakter göstərdilər. Bu heyətin potensialı var. Sadəcə olaraq, uğurlu nəticə qazanmaq üçün klublarla birlikdə daha çox çalışmaq lazımdır”.

    Akademiya

    Almaniya Bakıdakı dünya çempionatını boykot etdi, Ukrayna alqışladı

    19.09.2026 11:48:21
    Akademiya

    Təxirə salınmış oyunda darmadağın: "Neftçi"nin rəqibi bilindi

    17.09.2026 23:43:10
    Akademiya

    Millimizin Bakıdakı dünya çempionatında rəqibləri məlum oldu

    17.09.2026 22:15:10
    Akademiya

    "Sumqayıt"ın futbolçusu hakimi söydü, sərt cəzalandı

    17.09.2026 17:15:40
    Akademiya

    Futbol millimiz Bakıda Moldovaya yenə uduzdu

    16.09.2026 12:22:09
    Akademiya

    "Qarabağ"dan darmadağın, "Neftçi"dən 3 qollu qələbə

    16.09.2026 00:07:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11

    Mahir Emreli 80 dəqiqə oynadı, komandası uduzdu

    19.09.2026 23:40:14

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20

    "Borussiya" və "Qarabağ"la oynayacağıq, Çempionlar Liqasına xoş gəlmisiniz" – Valdas Dambrauskas

    19.09.2026 22:44:48

    "Qapıçını irəli göndərən mən idim" – Fərid Namazov

    19.09.2026 22:16:44
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved