FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan təmsilçiləri üz-üzə gəliblər.
Prosport.Az xəbər verir ki, I qrupunda yer alan "Neftçi" "Abşeron Layns"la qarşılaşıb.
Bakı İdman Sarayında keçirilən matç "Abşeron Layns"ın 95:86 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, bu komandaların qrupdakı ilk oyununda "Neftçi" 104:86 hesablı qələbəyə sevinib.
