Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Prosport.Az xəbər verir ki, 57 kq çəkidə çıxış edən idmançı finalda türkiyəli Elvira Süleymanı 6:2 hesabı ilə üstələyərək Oyunların qalibi olub.
Elnurə Məmmədova (50 kq) isə bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) 2-ci yeri tutublar.
