FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan təmsilçiləri üz-üzə gələcəklər.
Prosport.Az xəbər verir ki, I qrupunda yer alan "Neftçi" bu gün "Abşeron Layns"la qarşılaşacaq.
Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Bu komandaların qrupdakı ilk oyununda "Neftçi" 104:86 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, "Neftçi" 8 xalla 2-ci pillədə qərarlaşıb. Sonuncu - 4-cü olan "Abşeron Layns"ın isə 6 xalı var.
