Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Yığmalarımız İslamiadaya hazırdır – "Əsas rəqib İran millisidir"
    14.11.2025 11:02:48

    Güləş üzrə milli komandalarımız sabah İslamiadada iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yollanacaq.

    Səfər ərəfəsində yığmaların baş məşqçiləri ilin son mötəbər yarışına hazırlığı dəyərləndirib.

    Xetaq Qozyumov (Sərbəst güləş üzrə baş məşqçi): “Hazırlıq plan üzrə gedir. Dünya çempionatından sonra 2 təlim-məşq toplanışı keçdik. Fiziki hazırlıq və gücə əsaslanan toplanışın ardınca taktiki-texniki çalışmalara üstünlük verdik. Yoxlama görüşləri keçirdik. Milli üzvlərinin hazırlıq səviyyəsini nəzərdən keçirdik. Allaha şükürlər olsun ki, zədəli güləşçilərimiz yoxdur. Ümid edirik ki, azarkeşlərin etimadını doğruldacağıq. Təbii ki, idmançı ilboyu pik səviyyədə ola bilməz. Ancaq İslam Oyunları böyük yarışdır. Bu baxımdan xüsusi motivasiyaya ehtiyac yoxdur. İdmançılar dincəlib və bərpa prosesi keçib. Eşitdiyimə görə, orada indi çox istidir. Deməli, biz həm də hava şəraitiylə də mübarizə aparmalıyıq. Sözsüz ki, əsas rəqib İran güləşçiləridir. Legionerlərdən təşkil edilmiş Bəhreyn və Albaniya komandalarını, həmçinin Türkiyə millisini də ciddi rəqib görürük. Rəqibləri fərdi qaydada təhlil edirik. Ümid edirik ki, hər şey yaxşı olacaq”.   

    Aleksandr Tarakanov (Yunan-Roma güləşi üzrə baş məşqçi): “Dünya çempionatından sonra komandaya istirahət verildi. Bu müddət ərzində zədəsi olanlar bərpa prosesi keçdilər. Daha sonra ümumi fiziki hazırlıq prosesi baş tutdu. Noyabrın 1-də isə iki həftəlik taktiki-texniki çalışmalara başladıq. Milli üzvləri ilboyu təlim-məşq proseslərində iştirak etdikləri üçün hazırlıq səviyyəsi ilə bağlı problem yoxdur. Düzdür, ilin sonu olduğu üçün yorğunluq var. Ona görə də artıq yüngül və qısamüddətli məşqlərə keçmişik ki, yüklənmə olmasın. Bu yarışda əsas rəqibimiz İran olacaq. Onlar əsas heyətlə iştirak edəcəklər. Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkiyə güləşçilərini də bu siyahıya əlavə etmək olar. Fikrimcə, İslamiadada bizi ciddi rəqabət gözləyir. Sözsüz ki, bütün rəqibləri keçirdikləri görüşlərin görüntülərinə baxaraq təhlil edirik. Səhvlərin üzərində işləyirik. Əlbəttə, rəqiblər də bizi təhlil edir və bizə qarşı xüsusi köklənirlər. Ona görə də maksimum hazırlıqlı olmalıyıq”.    

    Toğrul Əsgərov (Qadın güləşi üzrə baş məşqçi əvəzi): “İslam Oyunlarına hazırlığı başa vururuq. Əvvəlcə fiziki, daha sonra isə taktiki-texniki hazırlıq üzrə məşqlər keçdik. Toplanış Göygöldə baş tutdu. Hədəfimiz ən azı 1 dəst medal qazanmaqdır. Bütün güləşçilərimizin medala sahib çıxmasını arzulayıram. İdman sürprizlərlə doludur. Hər şey ola bilər. Favorit sayılmayan idmançı çempion ola və ya iddialı güləşçi medalsız qala bilər. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan komandalar əsas rəqiblərdir. Nigeriya da bir neçə çəkidə yaxşı güləşçilərə sahibdir. Məşqçilər heyəti olaraq milli üzvlərinin maksimal hazırlıq səviyyəsinə çatmaları üçün əlimizdən gələni etmişik”.

    Xatırladaq ki, İslam Oyunlarında güləş yarışları noyabrın 18-dən 21-dək keçiriləcək. İslamiadada I dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved