"Abşeron Layns" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Polşada "Trefl"in qonağı olub.
Sopotdakı "Sentennial Sport Hall"da baş tutan görüş meydan sahiblərinin 98:78 hesablı qələbəsi ilə başa çatıb.
