Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Məncə, "Kalev/Kramo" ümidlərini avrokubokdan üzüb" – Amil Həmzəyev
    12.11.2025 09:37:36

    Bu gün Bakı vaxtı ilə saat 21:30-da "Neftçi" İdman Klubunun basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsinin V turu çərçivəsində Estoniyanın paytaxtı Tallində "Kalev/Kramo"nun qonağı olacaq. Komandamız dünəndən Kalev İdman Zalında məşqlərə başlayıb.

    Prosport.Az-ın Tallinə ezam olunmuş əməkdaşı hazırlıqdan sonra "Neftçi"nin kapitanı olan Amil Həmzəyevdən müsahibə götürüb.

    – Rəqibi artıq tanıyırsınız. Oxuculara bu oyunla bağlı nə deyə bilərsiniz?
    – Oyun qurucumuz Marko Şinikin zədələnməsi bir az sistemimizi dəyişəcək. Bakıdakı oyunda da bu rəqibə qarşı sistemimizdə qala bilməmişdik. Camal Bey oyunun 4-5-ci dəqiqəsində zədələnmişdi. Rotasiyamız qısaldığından, həmin matçda yalnız 6 əcnəbi və mən oynamışdıq. Ümumiyyətlə, Azərbaycan klublarının avrokuboklarda rotasiyaları həmişə qısa olur. Bu dəfə Camal var, Marko yoxdur. Düşünürəm ki, Marko komandada daha vacib fiqurdur. Məncə, sonuncu matçda "Abşeron Layns"a uduzmalarından sonra "Kalev/Kramo" ümidlərini avrokubokdan üzdü. Amma yenə də evdə qələbə görmək istəyəcəklər. Çünki bundan sonra qrup lideri "Trefl"lə ev oyunları qalacaq. Məncə, ilk hissədə bütün gücümüzü qoysaq, onlarda 2-ci hissə üçün ümidsizlik yaranar və gənclərə üstünlük verərlər. Çox vacib oyundur. Çünki burada alacağımız qələbə son tur öncəsi bizim qrupdan çıxmağımızı 80% təmin edəcək.

    – "Abşeron Layns" son matçda bu rəqibə qalib gəldi. Hərçənd, siz də qələbə qazanmısınız. İstənilən halda, "Abşeron Layns"ın tanıdığınız basketbolçuları ilə bu rəqib haqda müzakirə aparırsınız?
    – Köməkçi məşqçi Anar Hacıyevlə arada danışıram. Elə məhz onlarla matça görə deyirəm ki, ilk hissədə var gücümüzlə çıxış etməliyik. Çünki "Abşeron Layns"la ilk hissədən sonra onlar vuruşmadılar. Biz də əvvəldən belə başlasaq, ardını rahat gətirə bilərik.

    – "Sabah"la oyundan çıxıb Tallinə gəldiniz. Bir az həmin matçın da yorğunluğu varmı?
    – Var, var. Düzdür, vacib itkini həmin matçda verdik. Amma deyərdim ki, çox gözəl oyun alındı. Digər periodlarda başa-baş oynasaq da, sonuncu periodda 7 dəqiq 3-lük atışları oldu. Çətin oyundan sonra səfərə getmək, əlbəttə, yorucudur. Ancaq avrokubok oynayan komandalar bunu nəzərə alıb, yola çıxıb. "Abşeron Layns" da son matçdan öncə Şəki səfərinə yollanmışdı. "Sabah" da bizlə oynayıb Bakıda "Şalon"u qəbul edəcək. Zədə olmasaydı, sabahkı (bugünkü) matç barədə daha arxayın danışmaq olardı. Ancaq inşallah, yenə də qalib gəlməyə çalışacağıq.

    – "Sabah"la oyunda rotasiya edərək Avropaya fokuslanmaq olmazdımı?
    – Bu, məşqçinin seçimidir. Mən əvvəlki müsahibəmdə də demişəm ki, "Sabah"la oyun çempionatın I turunda olmamalıydı, son tura salınmalıydı. Bu matç da təxirə salınsaydı, hər iki tərəf üçün yaxşı olardı.

    – Federasiyaya müraciət etmişdiniz?
    – Yox. Deyəsən, "Sabah" tərəf matçın 1 gün əvvələ keçirilməsini istəmişdi. Ancaq biz tərəf qəbul etməmişdi.

    Səbuhi Musa
    Tallin

    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Futbol

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Müsahibə

    "Mənim üçün Mançester və ya Sumqayıtda oynamağın heç bir fərqi yoxdur" – Timoteuş Puxaç

    14.09.2026 23:20:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved