Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Bu matçda hamıya bizi zəif görməkdə səhv etdiyini göstərəcəyik" – Gəncə klubunun sabiq oyunçusu
    9.11.2025 09:30:56

    "Şəki"nin amerikalı basketbolçusu Malek Deyvis klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Ötən mövsüm "Gəncə"də çıxış etdiyiniz halda, bu mövsüm "Şəki"yə keçməyə üstünlük verdiniz. Bu keçid necə baş tutdu, transferin alınmasında hansı amil rol oynadı?
    – "Gəncə" ilə "Şəki"nin arasında 7 çox gərgin keçən oyun olmuşdu. "Şəki"yə qarşı çıxış edəndə baş məşqçi (Bedri Meriçi nəzərdə tutur – red.) ilə aramızda kiçik mübahisə olmuşdu. Ancaq düşünürəm ki, məşqçi meydana gətirdiyim atəş və ehtirası bəyənmişdi. Çünki eyni xarakterdə olan insanlarıq. Mövsüm ərzində eyni agentliklə müqaviləmizin də olduğunu öyrəndim və oyundan sonra hərəkətlərimə görə ondan üzr istəmək üçün zəng vurdum. Mövsüm bitdikdən sonra o və menecerim əlaqə saxlayıb, məni növbəti mövsümdə "Şəki"yə aparmaq istədiklərini bildirdilər. Bundan şad oldum. Bu komanda ilə birgə olmağı sevirəm. Həmçinin, məşqçi üçün oynamağı sevirəm. İçimizdə oxşar xarakter var.

    – Ötən mövsüm "Şəki"yə qarşı oyunları necə xatırlayırsınız?
    – Ötən mövsüm "Gəncə" və "Şəki"nin prinsipial rəqib olduğu hiss olunurdu. Oyunlar həmişə çətin, rəqabətli keçirdi və B qrupunda 1-ci yer uğrunda mübarizə gedirdi. Mən bu matçlardan son 5-də çıxış edə bildim. Çünki martın əvvəllərində komandaya qoşulmuşdum.

    – Son turda sabiq komandanıza qarşı Gəncədə oynadınız və qalib gəldiniz. Amma həmin matçda cəmi 19 dəqiqə oynamaq imkanı əldə etdiniz. Bu matçla bağlı nə deyə bilərsiniz?
    – Son oyun bizim üçün yaxşı qələbə ilə nəticələndi. "Gəncə"nin yaxşı komandası var. Amma bizim də yaxşı oyunçularımız var və düşünürəm ki, bunu qələbə ilə göstərə bildik... Hazırda bud əzələmdən zədə almışam, amma yenə də keçmiş komandama qarşı oynamaq istəyirdim. Ona görə də məşqçidən xahiş etdim ki, məni oyuna buraxsın. Bizimlə "Gəncə" arasında həmişə yaxşı mübarizə olacaq.

    – Şəki şəhəri və Azərbaycan haqqında nə deyə bilərsiniz?
    – Şəki kiçik yerdir, amma bura xoşuma gəlir. Bu bir az da oyuna çox diqqətimi cəmləməyə imkan verir. Bu il digər amerikalı komanda yoldaşlarımla yaratdığım əlaqə xüsusidir. Azərbaycanı ümumilikdə bəyənirəm, insanları çox mehribandır.

    – Daha əvvəl Çin və Litvada legioner karyerası yaşamısınız. Bu ölkələri müqayisə etməyinizi xahiş edərdim...
    – Hər ikisi fərqlidir. Çindəki oyunlar daha çox fiziki və daha sürətli idi. Digər tərəfdən, Litvadakı çempionat daha metodikdir. Bu 2 ölkəni də bəyəndim, hər ikisi kollecdən Avropa səviyyəli oyun üslublarını öyrənməyə qədər inkişafıma kömək etdi. Hər iki təcrübədən faydalandım.

    – Sabah (bu gün) "Abşeron Layns"a qarşı çıxış edəcəyik. İlk matçda Abşeronda FIBA Avropa Kubokunda çıxış edən bu komandaya uduzmuşduq...
    – Çətin bir mübarizə olacağına inanıram, amma biz bu oyuna hazırıq. "Abşeron Layns" yaxşı komandadır. Dediyiniz kimi, Avropa Kubokunda çıxış edirlər. Amma bizim də yaxşı komandamız var. Bu özümüzü göstərmək və hər kəsin bizi zəif görməkdə səhv etdiyini göstərmək üçün yaxşı oyun olacaq.

    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Top oyunları

    Azərbaycan Basketbol Liqası: Açılışı son çempion edəcək

    17.09.2026 16:42:30
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    17.09.2026 15:13:44
    Basketbol

    Gəncə klubunun "Sportinq"lə oyununun vaxtı bilindi – TƏQVİM

    17.09.2026 09:37:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved