Azərbaycan Basketbol Liqasında VI turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, günün 2-ci matçında "Ordu" "Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma B qrupunda məğlubiyyətsiz irəliləyən "hərbçilər"in qələbəsi ilə yekunlaşıb – 100:76.
Günün ilk görüşündə "Sərhədçi" "Quba"nı üstələyib – 86:82.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq. Ötən gün keçirilən matçda "Sumqayıt" "Lənkəran"ı 98:94 hesabı ilə məğlub edib.
