Azərbaycan Basketbol Liqasında V turun növbəti oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, A qrupunda yer alan "Gəncə" "Şəki"ni qəbul edib. Gəncə Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma qonaqların 84:70 hesablı qələbəsi ilə bitib. Bununla da “Gəncə” ilk ev matçında məğlub olub, “Şəki” isə ötən mövsümdən prinsipial rəqibi olan “Gəncə” üzərində qazandığı qələbə ilə ardıcıl 2-ci zəfərini qeyd edib.
B qrupunda mübarizə aparan "Sərhədçi" isə "Sumqayıt"la üz-üzə gəlib. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən matçda "gənclik şəhəri" təmsilçisi 84:80 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, dünən "Ordu" səfərdə "Lənkəran"ı məğlub edib - 91:76. Tura noyabrın 2-də yekun vurulacaq.
