Azərbaycan Basketbol Liqasında V turun növbəti matçları bu gün baş tutacaq.
Prosport.Az xəbər verir ki, 2-ci oyun günündə daha iki qarşılaşma keçiriləcək.
A qrupunda yer alan "Gəncə" "Şəki"ni qəbul edəcək. Meydan sahibləri 4 xalla 5-ci, qonaqlar 5 xalla 3-cü pilədə qərarlaşıb.
B qrupunda mübarizə aparan "Sərhədçi" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. "Gənclik şəhəri" təmsilçisi 4 xalla 6-cı, Bakı klubu isə 5 xalla 5-cidir.
Hər iki görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq. Ötən gün "Ordu" səfərdə "Lənkəran"ı məğlub edib - 91:76.
