"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.
Prosport.Az xəbər verir ki, Fransada "Elan Şalon"la üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 71:84 hesabı ilə məğlub olub.
B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə keçirilib.
Qeyd edək ki, Bakı klubu ilk 2 görüşdə Çexiya təmsilçisi "Nimburk"a (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına məğlub olub.
