"Abşeron Layns" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Ərhan Tokərin baş məşqçisi olduğu kollektiv Bakıda Polşa təmsilçisi "Trefl"lə üz-üzə gəlib.
Bakı İdman Sarayında keçirilən matç rəqibin 99:96 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, qrupun digər görüşündə "Neftçi" ötən gün Bakıda Estoniyanın "Kalev" komandasını 95:84 hesabı ilə üstələyib. "Abşeron Layns" ilk qarşılaşmada "Kalev"ə uduzub - 85:93.