"Öncə komandama təşəkkür edirəm. Yaxşı mübarizə apardıq. Amma bu, qələbə üçün yetərli olmadı".
Prosport.Az xəbər verir ki, bunu "Sərhədçi"nin baş məşqçisi Anar Sarıyev Azərbaycan Basketbol Liqasının III turunda "Ordu"ya 73:85 hesablı məğlubiyyəti şərh edərkən deyib.
Gənc mütəxəssis bu görüşdə çox səhvə yol verdiklərini vurğulayıb: "Növbəti oyunlarda səhvləri azaltmalıyıq. Bir-birimizə daha çox inanmalıyıq. Mən bu komandaya inanıram. Sadəcə bizə bir az vaxt lazımdır. Növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq".