Azərbaycan Basketbol Liqasının II turunda "Abşeron Layns" "Gəncə" ilə qarşılaşıb.
Prosport.Az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən qarşılaşma Bakı klubunun 96:94 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" isə "Quba"ya (96:68) qalib gəlib. Tura oktyabrın 12-də yekun vurulacaq.