Mirməcid İsmayılov 2 illik aradan sonra "Gəncə"yə qayıdıb.
Prosport.Az xəbər verir ki, Gəncə basketbol məktəbinin yetirməsi ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
20 yaşlı basketbolçu hücumçu mövqeyində oynayır. 1,95 m boya malik İsmayılov ötən mövsüm "Lənkəran" və "Şəki"də çıxış edib.
Mirməcid İsmayılov komandada 9 nömrəli formanı geyinəcək.
