Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə yarışlar davam edir.
Prosport.Az xəbər verir ki, oğlanların mübarizəsində Azərbaycan millisi 3-cü yer uğrunda oyunda Özbəkistanla qarşılaşıb. Görüş yığmamızın 15:16 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bununla da Azərbaycan millisi Oyunları 4-cü pillədə bitirib.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
18:01
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə yarışlar davam edir.
Prosport.Az xəbər verir ki, oğlanların mübarizəsində Azərbaycan millisi yarımfinalda Belarusla qarşılaşıb. Görüş yığmamızın 13:16 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Azərbaycan millisi 3-cü yer uğrunda görüşdə Özbəkistan seçməsi ilə üz-üzə gələcək. Matç saat 18:10-da start götürəcək.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.