Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    "Rus və belaruslu idmançıları məğlub etmək üçün MDB Oyunlarında idim" – İrina Zaretska
    5.10.2025 09:43:41

    İrina Zaretska III MDB Oyunlarında Azərbaycanı təmsil edən idmançılar arasında ən titullusu idi. Olimpiya 2-cisi, üçqat dünya və ikiqat Avropa çempionu kimi MDB Oyunlarına qatılan Ukrayna əsilli idmançı öz səviyyəsini turnirdə göstərə bildi.

    29 yaşlı idmançı A qrupunda Nuriyə Tizimbaya (Qazaxıstan) 8:0, Volqa Romanyuka (Belarus) 8:1 qalib gəldi. Yarımfinalda Aleksandra Meşkovaya (Rusiya) və finalda Bonu Yeqamberdiyevaya (Özbəkistan) 4:2 qalib gələrək çempion oldu.

    Prosport.Az-ın Mingəçevirə ezam olunmuş əməkdaşı İrina Zaretskadan müsahibə götürüb. 

    – Yarış sizin üçün necə keçdi?
    – Yarış çox gözəl keçdi. Azərbaycan arenasında çıxış etməyi çox sevirəm. Hər zaman Azərbaycandan böyük dəstək görürəm. Məni dəstəkləyənlərə təşəkkürümü bildirirəm. Azərbaycan yığması bu yarışda çox gözəl nəticə əldə etdi... Ana olduqdan sonra 2-ci böyük turnirim idi. Qızıl medal qazandım. Əlbəttə, çox şadam.

    – Ən çətin döyüşünüz hansı oldu?
    – Rəqiblərə 8:0, 8:1 qalib gəldim. 2 dəfə də 4:2 qalib gəldiyim döyüşlər oldu. Mən tatamidə sözümü dedim (gülür).

    – Deməli, rəqiblərin səviyyəsi yüksək deyildi...
    – Və ya mənim səviyyəm çox yüksək idi (gülür).

    – Siz Olimpiada mükafatçısı, dünya və Avropa çempionusunuz. MDB Oyunlarına köklənmək çətin olmadı?
    – Bilirsiniz, çempion odur ki, bir dəfə qızıl medal qazandıqdan sonra yenə buna köklənir. Mənim üçün hər qələbə yuxarıya doğru bir pillə deməkdir. Adımı tarixə yazdırmaq istəyirəm.

    – Yarımfinalda rusiyalı idmançı ilə görüşünüz barədə nə deyə bilərsiniz? Uzun müddətdən sonra bu ölkənin təmsilçisi ilə qarşılaşdınız...
    – Mənim üçün bu ölkənin idmançısına qalib gəlmək prinsipial idi. Çünki indi bu ölkəyə görə Ukraynada müharibə gedir. Oyunları boykot etmək istəmədim. Onları burada məğlub etmək üçün bura gəldim.

    – Bu ilin sonunda əvvəl Səuduiyyə Ərəbistanında İslam Həmrəyliyi Oyunlarında, daha sonra Misirdə dünya çempionatında iştirak edəcəksiniz. Oradakı hədəflərdən də danışaq...
    – Bu yarışlar mənim formada olmağımı göstərəcək. Məqsəd yenə çempion olmaqdır. Burada qızıl medal qazanmaqla Azərbaycan bayrağını qaldırdım. Orada da əsas məsələ bu bayrağı qaldırmaq olacaq.

    – Ümumdünya Oyunlarının finalında uduzduğunuz, prinsipial rəqibiniz İsveçrə təmsilçisi Elena Kuiriçidən revanş almaq mümkün olacaq?
    – Hazırda o, bu çəkidə 1, mən isə 2 nömrəyəm. Bunadək son 6 ildə mən 1 nömrə idim. Həmin Ümumdünya Oyunlarında ona uduzdum. Ancaq qorxulu heç nə yoxdur. Hər şeyi edəcəyəm ki, reytinqdə yenidən 1-ci sıraya yüksəlim.

    Səbuhi Musa

    Multiidman yarışları

    "Formula 1"in tanınmış pilotu Bakıda cərimələnə bilər

    15.09.2026 15:12:32
    Formula-1

    "Formula 1": 10 ildə marşal proqramına 35 mindən çox müraciət olub

    8.09.2026 11:46:47
    Multiidman yarışları

    "Formula 1" üzrə Azərbaycan Qran-prisində "City" tribunası quraşdırıldı

    1.09.2026 15:42:03
    Multiidman yarışları

    İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

    15.08.2026 18:46:47
    Olimpiya Oyunları

    Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

    25.07.2026 16:25:02
    Multiidman yarışları

    Ramil Quliyevin xanımının olimpiya medalı əlindən alındı

    23.06.2026 13:13:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11

    Mahir Emreli 80 dəqiqə oynadı, komandası uduzdu

    19.09.2026 23:40:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved