"Lənkəran" Azərbaycan Basketbol Liqasında yeni mövsümə qələbə ilə başlayıb.
Prosport.Az xəbər verir ki, cənub təmsilçisi ilk turda doğma meydanda "Sumqayıt"a 93:82 hesabı ilə qalib gəlib.
Bu zəfəri əlamətdar edən məqam isə meydan sahiblərinin Lənkəranda tarixlərinin ilk qələbəsini qazanmaları olub.
Qeyd dək ki, "Lənkəran" ötən mövsüm doğma azarkeşləri önündə qalibiyyət əldə edə bilməmişdi.