Azərbaycanın "Abşeron Layns" basketbol komandası Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazanıb.
Prosport.Az xəbər verir ki, Ərhan Tokərin baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin cavab oyununda səfərdə Kipr təmsilçisi "Anortosis"lə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 77:60.
Azərbaycan komandası ilk matçda rəqibini 89:73 hesabı ilə üstələmişdi.
Qeyd edək ki, "Abşeron Layns" məhz daha yaxşı göstəricilərə əsasən mübarizəni Avropa Kubokunun əsas mərhələsində davam etdirmək hüququ qazanıb.