Azərbaycan Basketbol Liqasında 2025/2026 mövsümünün ilk turu davam edir.
Prosport.Az xəbər verir ki, bu gün turun 2-ci oyunu keçirilib. “Abşeron Layəns” “Şəki” ilə qarşılaşıb.
Görüş Bakı klubunun 91:80 hesablı qələbəsi ilə başa çatıb.
Turun dünən keçirilən ilk oyununda “Sabah” “Neftçi”dən üstün olmuşdu – 86:75.