Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Göldənsə, böyük dənizdə mübarizə aparıb boğulmaq hər zaman yaxşıdır" – Bedri Meriç
    27.09.2025 13:44:14

    "Əvvəla, yenidən "Şəki"də olduğum üçün çox xoşbəxtəm. 1 il daha burdakı heyətlə birgə olmaq həqiqətən yaxşıdır".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Şəki" basketbol klubunun baş məşqçisi Bedri Meriç yeni mövsümün startı ilə bağlı danışarkən deyib.

    Bu il A qrupunda mübarizə aparacaqlarını söyləyən türkiyəli mütəxəssis bunun komandası üçün fərqli təcrübə olacağını bildirib: "Çünki A qrupunda bizdən güclü olan komandalarla qarşılaşacağıq. Bu qrupda 3 komanda avrokuboklarda çıxış edir. Həmçinin, "Gəncə" büdcəsi yaxşı olan komandadır. NTD ötən mövsüm Azərbaycan Kubokunun sahibidir, komandanı millinin baş məşqçisi Tahir Baxşıyev çalışdırır".

    O, bu mövsüm işlərinin bir az çətin olacağını vurğulayıb: "Ancaq göldənsə, böyük dənizdə mübarizə aparıb boğulmaq hər zaman yaxşıdır. Bu mövsüm çempionatda əsl hədəfimiz son 8 komanda arasına (1/4 finala) düşməkdir. B qrupundan gələn komanda ilə pley-ində qarşılaşıb pley-offa çıxmağa çalışacağıq".

    Baş məşqçi ilk turdakı rəqibləri olan "Abşeron Layəns"i çox güclü komanda adlandırıb: "FIBA Avropa Kubokunun təsnifat mərhələsində Kiprin "Anortosis" komandasına qalib gəldilər. Cavab oyununda da qalib gələcəklərini və qrup mərhələsinə vəsiqə qazanacaqlarını düşünürəm. Çətin rəqibdir, yaxşı heyəti var. Baş məşqçiləri Ərhan Tokər çox təcrübəlidir. Amerikalı CeyCey Freyzer ("Samsunspor" və "Bornova Bələdiyyəspor"da oynayıb) və litvalı Qediminas Orelik ("Banvit" və "Beşiktaş"da oynayıb) Türkiyədən tanıdığım basketbolçulardır. Çempionatın səviyyəsini artıracaq belə oyunçuların transfer edilməsi çox yaxşı haldır. Bizim oyunçular üçün də yaxşı bir təcrübə olacaq.

    B.Meriç ilk oyunu evdə keçirə bilməyəcəkləri üçün təəssüfləndiyini gözləməyib: "Təəssüf ki, III MDB Oyunlarında gimnastika yarışlarının keçirilməsi ilə əlaqədar olaraq, Şəki Olimpiya İdman Kompleksində məşq və ev oyunlarımızı keçirə bilmirik. Hər gün Qax Olimpiya İdman Kompleksinə məşq üçün getməli oluruq. Bu da hazırlıq zamanı bizi çox yordu. Yoxlama oyunu keçirə bilmədik. Bu səbəbdən də ilk 2 matçımızı yoxlama oyunu qismində görürük. Oktyabrın 8-dək MDB Oyunları keçiriləcək deyə, öz meydanımızdan istifadə edə bilməyəcəyik. Ona görə də ilk matçlarımızı Bakıda oynayacağıq. Əminəm ki, öz meydanımıza keçdikdən sonra Şəki bütün komandalar üçün ən çətin səfər olacaq. Ötən mövsümkü kimi eyni ruhda oynasaq, evdə çox matçda qalib gələcəyimizi və çoxlu sürpriz edəcəyimizi düşünürəm".

    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Basketbol

    Azərbaycan Basketbol Liqası: Açılışı son çempion edəcək

    17.09.2026 16:42:30
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    17.09.2026 15:13:44
    Top oyunları

    Gəncə klubunun "Sportinq"lə oyununun vaxtı bilindi – TƏQVİM

    17.09.2026 09:37:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved