Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    ABF yeni mövsümün startına həsr olunmuş tədbir keçirib, hesabat verdi - FOTOLAR
    25.09.2025 20:19:26

    “Four Seasons” otelində Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/26 mövsümünün başlanması və ötən mövsümün hesabatına həsr olunmuş tədbiri baş tutub.

    Prosport.Az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, federasiyanın rəyasət heyətinin üzvləri, əməkdaşları, klub rəhbərləri, məşqçilər, basketbolçular və media nümayəndələri iştirak ediblər.

    Açılış nitqi ilə çıxış edən Çingiz Hüseynzadə ölkəmizdə basketbolun inkişaf istiqamətləri və bu sahədə atılan addımlardan bəhs edib. O, Azərbaycan basketbolunun milli və klub səviyyəsində beynəlxalq müstəvidə böyüyən uğurlarından da söz açıb.

    Daha sonra federasiyanın marketinq meneceri Famil Məcidov son mövsümün hesabatını təqdim edib. O, federasiyanın ötən mövsümdə həyata keçirdiyi layihələr, beynəlxalq turnirlərdə qazanılan uğurlar və yaxın gələcəkdə planlaşdırılan yeniliklər barədə ətraflı məlumat verib.

    ABF prezidenti Emin Əmrullayev çıxışında federasiyanın fəaliyyət prinsiplərinə toxunaraq bildirib ki, əsas hədəf həm milli komandaların, həm də daxili liqanın daha da peşəkarlaşdırılmasıdır: “Basketbolun ölkəmizdə kütləviləşməsi, gənc idmançıların beynəlxalq səviyyədə yetişməsi və klubların dayanıqlı inkişafı bizim üçün prioritetdir. Qarşıdakı mövsümdə daha genişmiqyaslı tədbirlər, yarışlar və əməkdaşlıqlar həyata keçiriləcək”.

    Tədbirin sonunda Emin Əmrullayev federasiyanın rəsmi tərəfdaşlarına xüsusi hədiyyələr təqdim edib. Ardınca media nümayəndələri üçün brifinq təşkil olunub. Jurnalistlərin suallarını cavablandıran ABF rəhbəri yeni mövsümün basketbol ictimaiyyəti üçün daha məhsuldar və maraqlı olacağına inandığını bildirib.

    Qeyd edək ki, ölkəmizdə yeni basketbol mövsümü sentyabrın 26-da start götürəcək.

    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Basketbol

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Basketbol

    Azərbaycan Basketbol Liqası: Açılışı son çempion edəcək

    17.09.2026 16:42:30
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    17.09.2026 15:13:44
    Top oyunları

    Gəncə klubunun "Sportinq"lə oyununun vaxtı bilindi – TƏQVİM

    17.09.2026 09:37:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved