Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Bu gün hazırda 4 klubun sponsoru yoxdur" – Basketbol Federasiyasının prezidenti
    26.09.2025 09:11:12

    Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev jurnalistlərə müsahibə verib.

    Prosport.Az-ın əməkdaşının da iştirak etdiyi müsahibədə Emin Əmrullayev əvvəlcə yeni basketbol mövsümü ilə bağlı danışıb:

    – Addım-addım strategiyamıza doğru getməyə çalışırıq. 2030-cu ilə qədər planımız U-16, U-18 yaşlı milli komandalarımızın arzuedilən A divizionunda oynamaları, ən azından B divizionunda yer tutmalarıdır. Bu halda biz milli komandanın və milli basketbolçuların müxtəlif güclü çempionatlarda, eyni zamanda Azərbaycan Basketbol Liqasında daha keyfiyyətli oyunlarından danışa bilərik. Cari mövsüm həlledici rol oynayacaq. Növbəti mövsümdən 6 komandadan 8 komandalı liqaya keçmək istəyirik. Bu bizim əsas liqamız olacaq. Bundan əlavə, daha 6 və ya 8 komandalı I Liqa təşkil olunacaq. Hər il 1 komanda aşağı liqaya düşəcək, digəri yuxarı liqaya vəsiqə qazanacaq. Bizim üçün ən önəmli məqamlardan biri Qadın Basketbol Liqasıdır. Bu il ola bilər ki, mövsümün sonuna qədər 4 komandadan ibarət liqa formalaşsın, buna ümid edirik. Bu həm də sponsorlardan asılıdır. Çalışırıq ki, bu liqa formalaşsın və Qadın Basketbol Liqası müntəzəm olaraq fəaliyyət göstərsin.  

    – Bu mövsüm A qrupunda 4+1, B qrupunda isə 3+2 limiti tətbiq olunur. Bu nə ilə bağlıdır?
    – İstəyirik ki, azərbaycanlı basketbolçular daha çox oynasın. Digər tərəfdən də A qrupunda legionerlərin çox oynadılması daha çox baxımlılığa hesablanıb. Biz istənilən halda ümumi sifariş ərizəsində FIBA-nın 5 yerli + 7 legioner oyunçu olması qaydasına riayət edirik. B qrupundakı 3+2 sistemini isə növbəti mövsüm B Liqasına hazırlıq kimi belə etmişik. Pley-off mərhələsində isə onlar üçün də 4+1 sistemi tətbiq olunacaq. Növbəti mövsüm A Liqasında daha çox legionerlərin, B Liqasında isə yerli basketbolçuların daha çox oynaması nəzərdə tutulub.

    – "Abşeron" və "Gəncə"yə yeni sponsor tapıldı. Mövsümün gedişində digər komandalarımıza da yeni sponsorun tapılması mümkündür?
    – Bu məsələ ilə bağlı daimi iş gedir. Burada tək sponsor yox, idarəetmə məsələsindən söz gedir. Sponsorlarımıza öz təşəkkürümüzü bildirdik. Gözləntimiz ondan ibarətdir ki, klublar özləri birbaşa sponsor tapsın və biz də idarəetməni onlara təhvil verək. Bu gün hazırda 4 klubun ("Şəki", "Quba", "Lənkəran" və "Sumqayıt"ı nəzərdə tutur) sponsoru yoxdur. Digər 8 komandanın bu və ya digər formada sponsoru mövcuddur. Gələcəkdə klubların nəticələrinə görə maliyyələşmə mexanizmi tətbiq olunacaq.

    – Avrokuboklara uğurlu start verildi. Bu mövsüm 3 klubumuzun Avropadakı çıxışı nə vəd edir?
    – Nə qədər çox qələbə olsa, federasiya üçün yaxşıdır. Bu, azərbaycanlı azarkeşin idmana şüurlu şəkildə gəlişinə səbəb olacaq. Başqa idman növlərində (futbolu nəzərdə tutur) də görürük ki, daha çox beynəlxalq matçlara tamaşaçı gəlir, anca həmin komandanın yerli çempionatdakı matçına demək olar ki, heç kim gəlmir. Əsas məsələ azarkeşlərin qəlbində basketbola sevginin yaranması, onların matçlara ancaq qələbə üçün gəlməməsidir. Bu, 1-2 ilin işi deyil. Ancaq avrokuboklarda iştirak həm də buna hesablanıb.

    – III MDB Oyunlarında 3x3 basketbol millilərimiz çıxış edəcək. Oradan hansı nəticə gözləyirsiniz?
    – Bütün beynəlxalq yarışlarda qələbə gözləyirik.

    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Top oyunları

    Azərbaycan Basketbol Liqası: Açılışı son çempion edəcək

    17.09.2026 16:42:30
    Basketbol

    Naxçıvan təmsilçisindən yeni transfer

    17.09.2026 15:13:44
    Basketbol

    Gəncə klubunun "Sportinq"lə oyununun vaxtı bilindi – TƏQVİM

    17.09.2026 09:37:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved