"Azərbaycanda basketbolun inkişafı göz qabağındadır".
Prosport.Az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Basketbol Liqasının ilin yekunlarına həsr edilmiş tədbirində deyib.
O, Azərbaycan Basketbol Federasiyasının fəaliyyəti haqda danışıb: "Azərbaycanda basketbolun inkişafı göz qabağındadır. Buna nümunə olaraq Azərbaycanın qadınlardan ibarət 3X3 yığmasının Paris-2024 Yay Olimpiya Oyunlarındakı uğurlu çıxışını göstərmək olar. Bundan başqa, artıq klublarımız Avrokuboklarda sözlərini deyir. Dünən "Abşeron Lions"un Avropa Kubokunun I təsnifat mərhələsinin ilk oyununda Bakıda Kipr təmsilçisi "Anortosis"ə qalib gəlməsi hər kəsi sevindirdi".
