"Sərhədçi" heyətinə daha bir əcnəbi basketbolçu qatıb.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi qanalı Maksvell Amoafo ilə anlaşıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 2,01 m boya malik Maksvell Amoafo son olaraq "Malta Atleta" klubunda çıxış edib.
