Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Sabah" Fransa komandası ilə qarşılaşacaq, "Bursaspor" "Neftçi"yə rəqib olmayacaq
    25.09.2025 13:35:04

    Avrokuboklarda çıxış edəcək basketbol komandalarımızın müntəzəm mövsümdəki rəqibləri ilə bağlı dəyişiklik olub.

    Prosport.Az-ın xəbərinə görə, ilk dəfə ölkəmizi FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək "Sabah"ın B qrupunda bütün rəqibləri bilinib.

    Belə ki, Çempionlar Liqasının təsnifat mərhələsindən mübarizəyə qoşulmuş Fransanın "Elan" komandası növbəti mərhələyə vəsiqə qazanıb. Şalon-sür-Son təmsilçisi sentyabrın 20-də 1/4 finalda "Friburq Olimpik"i (İsveçrə) 107:80, sentyabrın 22-də yarımfinalda "Portu"nu (Portuqaliya) 100:79 və dünən finalda UKAM-ı (İspaniya) 96:88 məğlub edərək müntəzəm mövsümdə çıxış etmək hüququ əldə edib.

    Beləliklə, ölkə çempionumuz "Sabah" B qrupunda "Alba" (Almaniya), ERA (Çexiya) və "Elan"la qarşılaşacaq. İlk turun oyunları oktyabrın 7-də start götürəcək.

    İlk dəfə ölkəmizi FIBA Avropa Kubokunda təmsil edəcək "Neftçi"nin I qrupundakı rəqiblərindən olan Türkiyənin "Bursaspor" komandasının da Çempionlar Liqasında çıxış edəcəyi dəqiqləşib. Bursa təmsilçisi "Löven"i (Almaniya) 81:74, PAOK-u (Yunanıstan) 92:73 və "Vindrouz Cayənts"i (Belçika) 77:58 məğlub edib. Beləliklə, "Neftçi"nin Avropa Kubokunun müntəzəm mövsümünün I qrupunda rəqiblərindən yalnız "Kalev/Kramo" (Estoniya) və "Trefl" (Polşa) bəllidir. Estoniya təmsilçisi yarımfinalda Slovakiyanın "Patrioti" komandasına 69:81 uduzduğundan, Çempionlar Liqasında müntəzəm mövsümə vəsiqə qazana bilməyib. "Neftçi"nin 3-cü rəqibi Avropa Kubokunun təsnifat matçları başa çatdıqdan sonra bəlli olacaq.

    Dünən avrokuboklarda debüt edən "Abşeron Layəns" isə Avropa Kubokunun təsnifat mərhələsində Kiprin "Anortosis" komandasına 89:73 hesabı ilə qalib gəlməklə müntəzəm mövsümdə çıxış etməyə yaxın olub. Əgər komandamız oktyabrın 1-də Limassolda rəqibini yenə üstələsə və ya 16 xaldan az fərqlə uduzsa, o zaman Avropa Kubokunun müntəzəm mövsümünün H qrupunda çıxış edəcək. Burda isə rəqiblərdən "Kasademont" (İspaniya) və "Falko"nun (Macarıstan) olacağı dəqiqdir. Yalnız Danimarkanın "Baken Beərs" komandası bu gün Çempionlar Liqasının təsnifat mərhələsinin finalında "Patrioti"yə uduzsa, növbəti rəqib də məhz Şimali Avropa təmsilçisi olacaq.  

    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Basketbol

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Basketbol

    Azərbaycan Basketbol Liqası: Açılışı son çempion edəcək

    17.09.2026 16:42:30
    Basketbol

    Naxçıvan təmsilçisindən yeni transfer

    17.09.2026 15:13:44
    Top oyunları

    Gəncə klubunun "Sportinq"lə oyununun vaxtı bilindi – TƏQVİM

    17.09.2026 09:37:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved