"Çox yaxşı oyun oldu. Yaxşı başladıq. İlk addımı atdıq".
Prosport.Az xəbər verir ki, bu sözləri "Abşeron Lions"un basketbolçusu Ceyms Freyzer Avropa Kubokunun təsnifat mərhələsində Kiprin "Anortosis" klubuna 89:73 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, qələbəni belə şərh edib: "35 dəqiqə çox yaxşı oynadıq. Son 5 dəqiqə istədiyimiz kimi oynamadıq. Bunun üzərində çalışacağıq. Ümid edirik ki, yaxşı olacaq".
