Azərbaycanın "Abşeron Lions" basketbol komandası Avropa Kubokunda ilk oyununa bu gün çıxacaq.
Prosport.Az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin ilk oyununda Bakıda Kipr təmsilçisi "Anortosis" ilə üz-üzə gələcək.
Bakı İdman Sarayındakı qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.
