NTD komandası amerikalı basketbolçu Maykl Braun-Consu transfer edib.
Prosport.Az xəbər verir ki, Bakı klubu forvard mövqeyində çıxış edən 24 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalayıb.
Braun-Cons son olaraq ABŞ-nin Missisipi Universitetinin komandasının şərəfini qoruyub.
Qeyd edək ki, NTD buna qədər legionerlərdən Ladarius Marşal, Kobi Montqomeri, Camel Kinq və Andra Makkinin transferlərini həyata keçirib.
