Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    Xəbərimiz təsdiqləndi: Gəncə klubuna rəsmən yeni sponsor gəldi – FOTOLAR
    22.09.2025 16:12:50

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Basketbol Federasiyasının (ABF) nümayəndələri ilə görüş keçirilib.

    Prosport.Az xəbər verir ki, görüşdə AHİK sədrinin müşaviri Nigar Vahabzadə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ) sədri Araz Paşayev və ABF-nin icraçı vitse-prezidenti Fərrux Mahmudov iştirak edib.

    Görüş zamanı “Gəncə” basketbol klubunun idarəçiliyi və fəaliyyət planları ətraflı müzakirə olunub və yekun qərara əsasəsn klubun idarəçiliyi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinə verilib.

    Bu yeni idarəçilik sisteminin “Gəncə” klubu üçün seçilməsində əsas səbəb, son üç mövsüm ərzində klubun göstərdiyi yüksək nəticələrdir. Klub 2022/2023 mövsümündə Azərbaycan Basketbol Liqasında (ABL) final oynayıb və həmin mövsüm Azərbaycan Kubokunun qalibi olub. Son mövsümdə də uğurlu çıxışını davam etdirən “Gəncə” B qrupundan A qrupuna vəsiqə qazanıb.

    Bundan əlavə, Gəncə Azərbaycanın 2-ci ən böyük şəhəri olmaqla yanaşı, ölkənin mühüm sənaye, ticarət və mədəniyyət mərkəzidir. Üstəlik bu il MDB Oyunları da məhz Gəncə şəhərində keçiriləcək. Şəhər əhalisinin də idmana olan böyük marağı, klubun inkişafına təsir göstərən önəmli amillərdəndir. Vurğulamaq lazımdır ki, qeyd olunan bütün bu məqamlar region klubunun gələcək potensialından xəbər verir.

    “Gəncə” basketbol klubu 2025/2026 mövsümündən AHİK üzv təşkilatı ETİHİ-nin idarəçiliyi altında fəaliyyət göstərəcək. Eyni zamanda, klub Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına da üzv qəbul edilib.

    Qeyd edək ki, "Gəncə"yə yeni sponsorun gələcəyi barədə xəbəri ilk olaraq Prosport.Az yazıb.

    Basketbol

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Top oyunları

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Top oyunları

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Top oyunları

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Top oyunları

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved