"Sərhədçi" heyətinə yeni basketbolçu qatıb.
Prosport.Az xəbər verir ki, paytaxt klubu Nigeriya əsilli Abiodun Abedo ilə anlaşıb.
1,98 m boya malik oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
24 yaşlı basketbolçu son olaraq İngiltərədə "Montana Vestern" klubunda çıxış edib.
