14-16 iyul tarixlərində SSRİ-nin və Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında sambo güləşi üzrə Azərbaycan kuboku keçiriləcək.
Prosport.Az-ın xəbərinə görə, sabah çəki günü olacaq. Yarışın ilk günü (15 iyul) 2005, 2006, 2007-ci il təvəllüdlü yeniyetmələr, 2-ci günü (16 iyul) isə 2003, 2004-cü il təvəllüdlü gənclər mübarizə aparacaq.
Yarışda ölkəmizin şəhər və rayonlarından 30-dan çox idman təşkilatlarından 300-dən artıq idmançı iştirak edəcək. Azərbaycan Kuboku Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

