Azərbaycan Basketbol Liqasında çıxış edən "Quba" klubu yeni oyunçu ilə anlaşıb.
Prosport.Az xəbər verir ki, ABŞ-dən olan Kristian Kuns heyətə cəlb olunub.
O, daha əvvəl ölkəsində Bransuik Komuniti Kolleci, Çovan Universiteti, Corciya Cənub-Qərbi Universiteti və Bemici Dövlət Universitetinin komandalarında oynayıb.
