Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının final mərhələsində keçirəcəyi oyunların təqvimi açıqlanıb.
Prosport.Az xəbər verir ki, turnirdə Niderland, Kanada, " Rapid", İspaniya, "Ulanbaatar Amazons", Latviya, Azərbaycan və "Şanxay Redvinqs" komandaları iştirak edəcək.
Bu mərhələdə ilk dəfə çıxış edəcək və B qrupunda mübarizə aparacaq yığma sentyabrın 13-də, Bakı vaxtı ilə saat 11:25-də Kanada, 13:25-də Latviya və 16:55-də "CS Rapid"lə üz-üzə gələcək.
Qeyd edək ki, Dünya Qadın Seriyasının final mərhələsi sentyabrın 13–14-də Şanxayda keçiriləcək.
