"Sumqayıt" daha bir basketbolçusu ilə müqavilə müddətini yeniləyib.
Prosport.Az xəbər verir ki, Kamran İmanov yeni mövsümdə də "Sumqayıt"ın formasını geyinəcək.
Qeyd edək ki, K.İmanov ötən iki mövsümdə də "Sumqayıt"ın heyətində çıxış edib. O həmçinin "Neftçi" və "Sərhədçi" komandalarının şərəfini qoruyub.
