NTD basketbolçular Murad Babayev və Oğuzxan Quliyevlə müqavilə müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, hər 2 basketbolçu ilə daha 1 mövsümlük anlaşma imzalanıb.
Qeyd edək ki, Azərbaycanın U-20 millisinin üzvü olan M.Babayev 2022-ci ildən NTD-nin formasını geyinir. U-18-in üzvü O.Quliyev isə bu ilin yanvarında komandaya dəvət olunub.
