Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Görünür, mən də bu səbəbdən beləyəm" - Azərbaycanda MVP seçilən basketbolçu
    1.09.2025 16:18:44

    Ötən mövsüm "Şəki" basketbol klubunun Azərbaycan 3-cüsü olmasında əsas pay sahiblərindən biri komandanın kapitanı Roti Veyr oldu. O, xüsusən XV turdan sonra "Şəki"nin oyunlarında MVP seçilməyə başladı.

    Klubun mətbuat xidməti amerikalı basketbolçudan müsahibə götürüb. Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Ötən mövsüm barədə hansı düşüncələrə maliksiniz?
    – Çox mükəmməl mövsüm keçirdik. Hamı yaxşı oynadı. Düzdür, bəzi zədəlilərimiz, mövsümün ortasında bizdən ayrılanlar oldu. Ancaq qalan oyunçularla bir-birimizi çox yaxşı başa düşdük.

    – "Sabah"la yarımfinal matçını saymasaq, hansı komandalarla oyunlar sizin üçün çətin oldu?
    – "Gəncə" ilə oyunlarımız çətin keçdi. Onlarla matç zamanı hücumu daha da təkmilləşdirdik. Bəlli proqram üzərində çalışdıq və nəticədə onlara 1/4 finalda qalib gəldik.

    – Azərbaycana gəlməmişdən öncə belə çətin oyunlar olacağını, B qrupunda MVP seçiləcəyinizi gözləyirdiniz?
    – Bura gəlişimdə məqsəd özümü təkmilləşdirib, yaxşı oyun göstərmək idi. MVP seçiləcəyim barədə isə fikirləşməmişdim. Bizim komandada bu mükafatı haqq edən Kris Barton və Aleks Koldvell kimi basketbolçular da vardı. Onlar komandadan ayrıldıqdan sonra özümü daha da yaxşı tərəfdən göstərməyə başladım.

    – Komandada Coş Robinson daha çox çılğınlığı ilə seçilirdisə, siz soyuqqanlı, təmkinli hərəkətləriniz ilə fərqlənirdiniz. Olduqca sakit olmağınız nə ilə bağlıdır?
    – Yaşadığım yer Missisipi ştatında Hamilton adlı kiçik qəsəbədir. Şəkidəki kimi, insanların az olduğu yerdir. Orada yaşayan insanlar da təbiətən sakitdir. Görünür, mən də bu səbəbdən beləyəm.

    – Baş məşqçi Bedri Meriçlə bağlı fikirləriniz necədir? Oyun vaxtı əsəbi, matçdan sonra sizə qarşı çox yumşaq olurdu...
    – O, böyük məşqçidir. Mənə çox güvəndi. 2 əsas oyunçu komandadan ayrıldıqdan sonra məni kapitan seçdi. Oyunlar vaxtı bizə çox yaxşı motivasiya verirdi. Bu da qələbələr qazanmağımızda həlledici rol oynayırdı.

    – Şəkini, Azərbaycanı tərk etdiniz. Hansı təəssüratla ayrıldınız?
    – Şəki çox sakit yerdir. İnsanları da çox mehribandır. Orada olmağıma çox şad oldum. Gələcəkdə də burada oynamaq istərdim.

    Müsahibə

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Futbol

    "Mənim üçün Mançester və ya Sumqayıtda oynamağın heç bir fərqi yoxdur" – Timoteuş Puxaç

    14.09.2026 23:20:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved