Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Komandamız gənc, yolumuz uzun, hədəfimiz çox böyükdür" - Toğrul Əsgərov
    25.08.2025 14:19:13

    Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatında 1 gümüş və 1 bürünc medal qazanan qadın güləşi üzrə millimiz vətənə qayıdıb.

    Prosport.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.

    Toğrul Əsgərov (baş məşqçi əvəzi): "U-20 Avropa çempionatında 3 idmançımızdan 2-si qızıl medal qazanmışdı. Bu yarışda da eyni nəticəni gözləyirdik. Buna çox yaxın idik. Günay yarımfinalda, Ruzanna isə finalda son anda qələbəni əldən verdi. Yeniyetmə və gənclərdə belə halların yaşanmasına normal baxıram. Arzu edirəm ki, bu səhvləri böyüklərin dünya çempionatında, Olimpiya Oyunlarında təkrarlamayaq. Daha çox çalışaq, daha çox əzmkarlıq göstərək. Komandamız gənc, yolumuz uzun, hədəfimiz çox böyükdür. Federasiya tərəfindən güclü dəstək var. Çalışacağıq ki, bu dəstəyin, diqqətin layiqincə cavabını verək. İnşallah, hər şey istədiyimiz kimi olar. Bəzən ardıcıl yarışlarda iştirak qızlarda psixoloji yorğunluğa səbəb olur. Bütün bunlara baxmayaraq, həm Avropa, həm də dünya çempionatında 3 çəkidə 2 medal qazanmaq böyük uğurdur. Bu qızların böyük potensiala sahib olmaları çox sevindirici haldır”.

    Rövşən Umudov (böyük məşqçi): “Dünya çempionatı çox ağır yarışdır. Həm psixoloji durum, həm yarışın gedişinə görə Avropa çempionatından çox fərqlənir. Asiya ölkələrindən çox güclü rəqiblər var. Buna baxmayaraq, hər şey yolunda gedirdi. Sadəcə, bir az taktiki səhvlər oldu. Bu səbəblərdən çempionluğu əldən verdik. Yaxşı hazırlaşmışdıq. Bu iki güləşçimizdən daha böyük nəticələr gözləyirik. Daim hazır olmalıdırlar, daha çox hazırlaşmalıdırlar. Güman edirəm ki, gələcəkdə bu səhvləri düzəldəcəyik. Bununla da nəticə daha yaxşı olacaq”.

    Ruzanna Məmmədova (dünya ikincisi): “Yarış çox güclü keçdi. Asiya ölkələri də dünya çempionatında iştirak edir deyə daha çətin keçir. Güclü rəqiblərə qalib gələrək finala yüksəldim. Finalda ilk hissə də hər şey yaxşı idi. 6:0 öndə idim. Sonra ikinci hissə də çox yoruldum. Dözümlülüyüm çatmadı deyə 6:6 geri düşdüm və son xal prinsipinə əsasən məğlub oldum. Düzdü, nəticə məni qane eləmir. Ora qızıl üçün getmişdim. Amma buna da şükür. İnşallah, gələn il qızılla qayıdacam. Əsas hədəf olimpiadadır. Ümid edirəm ki, ora lisenziya qazanıb, ölkəmi layiqincə təmsil edərəm. Sadəcə bu yarışlar məni ora aparan yoldur. Ümid edirəm ki, U23 Dünya çempionatında da istədiyim kimi çıxış edərəm”.

    Günay Qurbanova (dünya üçüncüsü): “Hədəfim dünya çempionluğu idi. Yarımfinalda arxayınlıq oldu. Özümü finalda görürdüm. Amma belə alındı. Ruhdan düşmürəm. Bu mənə dərs oldu ki, heç bir güləşçiylə görüşdə arxayınlaşmayım. Gələn ay böyüklər arasında dünya çempionatında güləşəcəyəm. Həyəcanlanmıram. Böyük motivasiya ilə bu yarışa hazırlaşacağam”.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Döyüş növləri

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved