Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.
Prosport.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.
Rəqibini 12:5 hesabı ilə məğlub edən A.Cavadov dünya çempionu olub.