“Sabah” sıralarını yeniyetmə və perspektivli yerli basketbolçularla gücləndirməkdə davam edir.
Prosport.Az xəbər verir ki, 2 metr boya malik 2008-ci il təvəllüdlü Hüseyn Məmmədovla 2+1 illik müqavilə imzalanıb.
H.Məmmədov 18 yaşadək basketbolçulardan ibarət milli komandamızın üzvüdür.
