“Sabah” U-18 millimizin üzvü Hüseyn Qaflanovu heyətinə qatıb.
Prosport.Az xəbər verir ki, Bakı klubu 17 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalayıb.
Hüseyn Qaflanov Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə bir müddət Litvanın Vilnüs şəhərində yerləşən NBA məktəbində peşəkar məşqçilərin rəhbərliyi altında hazırlıq keçib. O, eyni zamanda bir il müddətində ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında təhsil alıb.
