Tanınmış serbiyalı mütəxəssis Aleksandar Trifunoviç “Sabah” basketbol klubunun məşqçilər korpusunda yer alacaq.
Prosport.Az xəbər verir ki, “Srvena Zvezda” (Serbiya), “Jalqiris”, “Ritas” (Litva) kimi klublarda işləmiş, 2022-ci ildə Azərbaycan millisinə də rəhbərlik etmiş çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb.
Bundan əlavə, litvalı köməkçi məşqçi Mindauqas Yaniska ilə də 1 illik sözləşmə bağlanıb.
Onlar baş məşqçi Rimas Kurtinaytisin köməkçisi işləyəcək.
