Azərbaycanın sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, 3-cü yarış günündə Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2.
Güləşçimiz həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb.
Bununla da sərbəst güləş üzrə Azərbaycan yığması mundialı 3 bürünc medalla başa vurub. Daha əvvəl Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) dünya 3-cüsü olublar.